Bank Of Baku

«Qala Sığorta» nizamnamə kapitalını artırır

«Qala Sığorta» nizamnamə kapitalını artırır
# 16 noyabr 2009 08:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qala Sığorta» şirkəti 2009-cu ilin sonunadək nizamnamə kapitalını 2 dəfə artıraraq 2 mln. manata çatdıracaq. Bu barədə «APA-Economics»ə şirkətin İdarə Heyətinin sədri Abbas Babayev məlumat verib.

A.Babayevin sözlərinə görə, nizamnamə kapitalının artırılması ilə bağlı bu ilin noyabr ayının sonunda şirkətin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. İclasda mövcud səhmdarların vəsaitləri hesabına şirkətin nizamnamə kapitalının iki dəfə artırılması, həmçinin bir sıra cari məsələ müzakirə ediləcək. Qeyd edək ki, hazırda şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edir.

Xatırladaq ki, «Qala Sığorta» üçün müddətsiz lisenziya Maliyyə Nazirliyi tərəfindən 2008-ci ilin iyul ayının 31-də verilib. Şirkətin təsisçiləri rolunda «AzRe» təkrarsığorta şirkəti (60%) və 1 fiziki şəxs (40%) çıxış edir. Şirkət 6 könüllü və 6 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR