Bank Of Baku

Azərbaycan fond bazarının inkişaf etdirilməsi üçün bir sıra tədbir həyata keçiriləcək

Azərbaycan fond bazarının inkişaf etdirilməsi üçün bir sıra tədbir həyata keçiriləcək
# 16 noyabr 2009 08:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ölkənin fond bazarının inkişaf etdirilməsi məqsədilə bir sıra tədbir həyata keçirmək niyyətindədir.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, tədbirlər sırasına Komitənin 2009-2011-cü illər üçün məlumatlandırma və maarifləndirmə konsepsiyası daxildir ki, artıq bunun icrasına başlanılıb. Bununla yanaşı, QKDK qanunvericiliyin təkmilləşdirilməsi, ticarət sisteminin avtomatlaşdırılmasının tamamlanması, Bakı Fond Birjasında listinqdən bir neçə şirkətin keçirilməsi kimi tədbirləri həyata keçirmək olmaq niyyətindədir.

Xatırladaq ki, Komitə tərəfindən hazırlanmış 3 qanun layihəsinin biri artıq hökumətə təqdim olunub, digəri baxılmaq üçün beynəlxalq təşkilatlara göndərilib, üçüncüsü üzərində isə iş davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR