Bank Of Baku

Azərbaycanda sığortalıların mənafeyinin qorunmasına dair yeni qaydalar hazırlanır

Azərbaycanda sığortalıların mənafeyinin qorunmasına dair yeni qaydalar hazırlanır
# 16 noyabr 2009 08:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən ölkədə fəaliyyət göstərən sığorta şirkətləri üçün «Nəqliyyat vasitələrinin könüllü sığortası» növü yeni qaydaları hazırlanır.

Maliyyə Nazirliyinin sektor müdiri Mahir Abdullayevin «APA-Economics»ə verdiyi məlumata görə, bu qaydaların hazırlanmasında əsas məqsəd sığortalıların mənafeyinin qorumasının gücləndirilməsidir. «Mövcud qaydalardan fərqli olaraq, yeni qaydada hər xırda səbəbə görə sığorta ödənişindən imtina halları və məntiqi imtina əsaslı maddələr çıxarılaraq təkmilləşdirilir. Artıq ilkin qayda hazırlanaraq bir sıra sığorta şirkətinə göndərilib. Sığorta şirkətləri bu qaydaya əlavə təkliflər verməklə yekun bir sənəd hazırlanacaq. Bu proses isə növbəti ilin birinci yarısınadək başa çatacaq», - nazirlik rəsmisi vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR