Bank Of Baku

«Qala Sığorta» şirkəti gələn ildən daha iki sığorta növü üzrə xidmət göstərəcək

«Qala Sığorta» şirkəti gələn ildən daha iki sığorta növü üzrə xidmət göstərəcək
# 16 noyabr 2009 09:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qala Sığorta» şirkəti 2010-cu ilin fevral ayının sonunadək müştərilərə daha iki yeni sığorta növü üzrə xidmət göstərməyə başlamaq niyyətindədir.

Şirkətin İdarə Heyətinin sədri Abbas Babayevin «APA-Economics»ə verdiyi məlumata görə, bu ilin sonunadək hər iki sığorta növü üzrə xidmət göstərmək üçün icazə ilə bağlı Maliyyə Nazirliyinə müraciət olunacaq. «Bu sığorta növləri üzrə icazənin alınmasının gecikməsi Maliyyə Nazirliyi tərəfindən sığorta şirkətləri üçün standart qaydaların hazırlanması ilə bağlıdır. Bu qaydalar üzrə artıq ilkin layihə hazırlanıb və bir sıra sığorta şirkətinə göndərilib. Prosesin gedişi bu cür davam edərsə, «Qala Sığorta» şirkəti növbəti ilin birinci rübünün sonunadək hər iki növ üzrə xidmətlərə başlayacaq», - deyə şirkət rəhbəri vurğulayıb.

A.Babayevin sözlərinə görə, ilkin olaraq icazəsi alınan sığorta növləri «Maliyyə risklərinin sığortası» və «Səyahət sığortası» olacaq. Qeyd edək ki, hazırda şirkət 6 könüllü və 6 icbari sığorta növü üzrə xidmət göstərir.

Xatırladaq ki, «Qala Sığorta» şirkətinə Maliyyə Nazirliyi tərəfindən müddətsiz lisenziya 2008-ci ilin iyul ayının 31-də verilib. Şirkətin təsisçiləri rolunda «AzRe» təkrarsığorta şirkəti (60%) və 1 fiziki şəxs (40%) çıxış edir. Cari ilin noyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR