«Commerzbank»: Qızılın qiymətinin müsbət dinamikası davam edəcək
Analitiklərin fikrincə, BVF tərəfindən satışa çıxarılan qızılın qalan hissəsinin (203 ton) alıcısı Çin olacaq. Qeyd edək ki, cari ilin yayında Çin hökuməti bəyan edib ki, 2003-cü ildən başlayaraq ölkə tədricən öz qızıl ehtiyatlarını artırıb və bu müddət ərzində 454 ton artaraq 1 054 tona çatıb.
Son zamanlar qızılın satışı ilə məşğul olan və yaxın vaxtlarda 25 ton qızıl satmaq niyyətində olan Rusiya üçün bu tendensiya ilk baxışdan sözügedən xarakterik deyil. Lakin mütəxəssislər bunu qısamüddətli, hətta birdəfəlik tranzaksiya hesab edir, çünki son bir neçə il ərzində ölkə külli miqdarda qızıl alıb. Məsələn, son iki ildə Rusiyanın qızıl ehtiyatı 170 ton artıb.
Son vaxtın hadisələri inkişaf etmiş ölkələrin mərkəzi banklarının da qızıla ehtiyat valyutası kimi yanaşdığını göstərir. Belə ki, son bir ildə inkişaf etmiş ölkələrin mərkəzi bankları tərəfindən 150 ton qızıl satılıb ki, bu da 15 Avropa mərkəzi bankının qızıl üzrə sazişdə nəzərdə tutulmuş limitdən (500 ton) çox azdır. Analitiklərin proqnozlarına görə, nəzərdə tutulmuş limitə çata bilinməyəcək.
Beləliklə, mərkəzi banklar qızılın bazara təklifini azaldır. Məsələn, 2002-2007-ci illərdə rəsmi mənbələrdən olan qızılın satış üçün bazara ümumi təklif 14% təşkil etmişdirsə, 2008-ci ildə bu göstərici 7%-ə enib, cari ilin yarısında isə cəmi 3%-ə bərabər olub. Qızıl üzrə Ümumdünya Şurasının proqnozlarına görə, 2010-cu ildə mərkəzi banklar artıq qızılın xalis alıcılarına çevrilə bilər ki, bu prosesin qiymət baxımından təsiredici olması sual altındadır.
«Commerzbank»ın cari vəziyyət üzrə apardığı təhlil bu suala mənfi cavab verir. Belə ki, rəsmi sektor tərəfindən təklifin azaldılması qızıl qırıntılarının artan tədarükü ilə kompensasiya edilir. Əgər son illər ərzində qızıl bazarında tədarükün yalnız 25%-i qızıl qırıntılarının payına düşübsə, cari ilin ilk yarısında bu göstərici 41%-ə çatıb. Bu artımın əsas səbəbi qızıla olan yüksək qiymətlə bağlıdır.
Bundan əlavə, qızıl bazarında yarana biləcək tədarük gərginliyinin azalmasında həmçinin əvvəllər istehsalçılar tərəfindən satılmış fyuçers kontraktlarının geri alınması da öz rolunu oynayır. Cari ilin ilk yarısında qızıl istehsalçıları 19 ton qızıl geri alıb ki, «Commerzbank»ın hesablamalarına görə, bu proses davam edəcək.
Digər xammal bazarlarından fərqli olaraq, qızıl bazarında təklif və tələbat qiymət dinamikasını müəyyən edən yeganə amil deyil. «Commerzbank»ın analitikləri bura həmçinin özəl investisiya sektoruna təsir edən rəsmi sektordakı tədbirlər, göstərici və hadisələri aid edirlər. Məsələn, rəsmi sektorda müşahidə olunan çox kiçik faiz dərəcələri, özəl sektorda da faiz dərəcələrini azaldır ki, bu da nəticədə qızıla olan investisiya tələbatının artmasına səbəb olur. Bu səbəbdən də «Commerzbank»da hesab edirlər ki, yaxın aylarda qızıl bazarında olan investisiya tələbatının azalması gözlənilmir. Bundan əlavə, qızılın ümumi istehlakının yarısını təşkil edən zinət əşyalarına da tələbatın bərpası proqnozlaşdırılır.
Bütün bu amilləri nəzərə alaraq, «Commerzbank»ın analitikləri qızılın qiymətinin müsbət dinamikasının davam edəcəyini düşünür, 2010-cu ilin I rübündə qızılın 1 unsiyasının orta qiyməti üzrə proqnozlarını 1 000 dollardan 1 100 dollaradək artırıblar.
Maliyyə
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
"Fitch" Hörmüzdəki böhran səbəbindən neftin qiyməti ilə bağlı proqnozunu kəskin artırıb
Azərbaycanın xarici dövlət borcu 8% azalıb
Əhalinin gəlirləri 10%-dən çox artıb
Xəbər Lenti
Hacıqabulda açıq ərazidə yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB
CENTCOM İranın dəniz blokadasını pozan neft tankerinə atəş açaraq zərərsizləşdirdiyini bildirir
Tramp İrana qarşı yeni sərt zərbələrin anonsunu verib
Bakıda obyektdə yanğın söndürülüb, xəsarət alan olmayıb - YENİLƏNİB-1 - FOTO - VİDEO
Yaşıl Teatr və Bakı Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
BŞİH-in strukturu təkmilləşdirilir, bəzi qurumlar yenidən təşkil olunur - FƏRMAN
Mülki müdafiə qoşunlarında narkomanlığa qarşı mübarizə ilə bağlı tədbir keçirilib
Heqset: Kubanın gələcəyi ilə bağlı nə baş verəcəyi ABŞ Prezidentinin əlindədir, istənilən ssenariyə hazırıq
İyulun 1-dən Bakı–Balakən qatarının hərəkət cədvəli dəyişəcək
Bayram Beqay: Albaniya Azərbaycanla güclənən tərəfdaşlığı yüksək qiymətləndirir
Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verilib
DTX tərəfindən saxlanılan Saleh Səmədov məhkəmədə ifadə verib
Vuçiç Azərbaycan müdafiə nazirini qəbul edib
Uşaqların zərərli informasiyadan qorunması ilə bağlı hüquqi akt layihəsi müzakirə olunub - FOTO
Nazir: Süni intellekt bəzi materialları Dilçilik İnstitutundan daha yaxşı təqdim edir
Nazir: Hüququn dərslik kimi tədris olunmasındansa, müzakirələrlə öyrədilməsi daha məqsədəuyğundur
Putin Rusiyaya gələn miqrantların tibbi müayinəsini tələb edən qanun imzalayıb
Ursula Fon der Lyayenin ofisi Azərbaycan Milli QHT Forumuna məktub ünvanlayıb - FOTO
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
Nazir müavini: Təhlükə məişət mühiti ilə məhdudlaşmır, virtual məkan da ciddi risk mühitinə çevrilib
Sabunçuda 46 kq narkotik dövriyyədən çıxarılıb
Nazir: 30 ildir şagirdlərin diqqəti topladığı bala yönəlir, bu, cəmiyyətin onların üzərinə qoyduğu yükdür
Nəsimi rayonunda bəzi küçələrin qaz təchizatında fasilə yaranacaq
Emin Əmrullayev: Uşaqların 50%-i sosial mediadan informasiya əldə edir
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
İdarə rəisi: Sosial şəbəkələrlə bağlı qanun layihəsində effektiv nəzarət mexanizmləri nəzərdə tutulur
"Fitch" Hörmüzdəki böhran səbəbindən neftin qiyməti ilə bağlı proqnozunu kəskin artırıb
Baş prokuror: Ötən il 478 yeniyetmə cinayət məsuliyyətinə cəlb edilib
Tramp İrana yeni zərbələrin endirilməsi əmrini verməyə yaxındır
Dövlət Agentliyi: Müzakirə olunan qanun layihəsi 1 milyon yarım uşağı əhatə edir
Tramp: İran ordusunun xərclərini ödəyə bilmir, sürətlə iflasa uğrayır
Yeni qanun lahiyəsi ilə bağlı sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin yoxlanılması qaydaları açıqlanıb
Bayram günlərində Xırdalan və Sumqayıt qatarları şənbə-bazar cədvəli ilə hərəkət edəcəklər
Nazir müavini: Qanun sosial şəbəkələrin bağlanmasını deyil, nəzarətin gücləndirilməsini nəzərdə tutur
Dəniz mənzərəsi, park yaxınlığı və ipoteka imkanı bir arada - “Kristal”
Elmir Vəlizadə: Qanunun əsas mahiyyəti uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunmasından ibarətdir
Rusiya XİN: Moskva Tbilisi ilə əməkdaşlığı genişləndirməyə hazırdır
Azərbaycan Yaponiya vətəndaşları üçün bir il müddətinə birtərəfli vizasız rejim tətbiq edəcək - YENİLƏNİB
Azərbaycan və Yaponiya iqtisadi sahədə əməkdaşlığı daha da gücləndirəcək - YENİLƏNİB
Tramp xəbərdarlıq edib: İran ABŞ-la danışıqları uzatmasının hesabını ödəyəcək
Yevlaxda atasını qətlə yetirən şəxsə hökm oxunub
Rusiya Duması miqrantlar üçün rüsumları artıran qanunu qəbul edib
Əhməd İsmayılov: Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi problemlərə səbəb ola bilər
Bakıda qətl törətməkdə ittiham olunan şəxsə və tanışına hökm oxunub
Pakistan ordusunun helikopteri qəzaya uğrayıb, bütün ekipaj üzvləri həlak olub
Hərbi Dəniz Qüvvələri Xəzərdə döyüş atışlı taktiki təlim keçirir
Lavrov Ermənistanın KTMT və Aİİ üzvlüyündən danışıb: Təcili həll olunmalıdır
Oman sahillərində tankerdə yanğın baş verib, 2 heyət üzvü itkin düşüb