Bank Of Baku

«Bank of Azerbaijan» nizamnamə kapitalını artırır

«Bank of Azerbaijan» nizamnamə kapitalını artırır
# 16 noyabr 2009 11:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Bank of Azerbaijan» Açıq Səhmdar Cəmiyyətinin (ASC) sənədsiz adlı adi səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 20 manat, sayı 500 min ədəd, emissiyanın ümumi həcmi isə 10 mln. manat təşkil edir.

Bakı Fond Birjasının mütəxəssislərinin fikrincə, «Bank of Azerbaijan»ın artıq noyabr ayında səhmlərin yerləşdirilməsinə başlayacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 66,6% artaraq 25 mln. manata çatacaq.

Qeyd edək ki, təsisçisi «NEM Holding» və 2 fiziki şəxs olan «Bank of Azerbaijan» SKB 1993-cü ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 16 filialı, 26 bankomatı və 147 POS-terminalı var. Cari ilin oktyabrın 1-nə «Bank of Azerbaijan»ın aktivlərinin həcmi 144,531 mln. manat, depozit portfeli 60,219 mln. manat, kredit portfeli 111,204 mln. manat, məcmu kapitalı 19,270 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR