Bank Of Baku

Bakıda «Kapital Bazarları: İnstitutlar və Alətlər» mövzusunda təlim kursları keçiriləcək

Bakıda «Kapital Bazarları: İnstitutlar və Alətlər» mövzusunda təlim kursları keçiriləcək
# 16 noyabr 2009 11:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı ilə Bakıda «Kapital Bazarları: İnstitutlar və Alətlər» mövzusunda təlim kursları keçiriləcək.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, mühazirələri Komitənin, Bakı Fond Birjasının və Milli Depozit Mərkəzinin məsul əməkdaşları oxuyacaq. Qiymətli kağızlar bazarı ilə maraqlanan və bu sahədə biliklərini artırmaq istəyən şəxslər təlim kurslarında iştirak etmək üçün 20 manat məbləğində iştirak haqqı ödəməlidir. Kursda iştirak edən dinləyicilər müvafıq sertifikatla təltif ediləcəklər.

Əlaqə telefonu: (+994 12) 493-50-58.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR