Bank Of Baku

«Deka Bank» yeni pulköçürmə sisteminə qoşulur

«Deka Bank» yeni pulköçürmə sisteminə qoşulur
# 16 noyabr 2009 12:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Deka Bank» Səhmdar Kommersiya Bankı (SKB) yaxın günlərdə «Contact» beynəlxalq pulköçürmə sisteminə qoşulacaq.

Bankın valyuta əməliyyatları şöbəsinin rəisi Ədalət Mirzəyevin «APA-Economics»ə verdiyi məlumata görə, bank bu sistemə Rusiyanın «Rus Slavyan Bankı»nın vasitəçiliyi ilə qoşulacaq. «Artıq sistemin tətbiqi ilə bağlı müvafiq müqavilə imzalanıb. Sistemin quraşdırılması üçün vasitəçi tərəfindən proqram təminatı göndərilib. Proqram tam sistemə yerləşdirildikdən sonra «Contact» sistemindən test rejimində istifadəsinə başlanılacaq», - deyə Ə.Mirzəyev bildirib.

Qeyd edək ki, hazırda bank beş beynəlxalq pulköçürmə sisteminin xidmətlərindən istifadə edir.

Xatırladaq ki, «Deka Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 31,828 mln. manat, depozit portfeli 8,614 mln. manat, kredit portfeli 26,440 mln. manat, məcmu kapitalı 12,043 mln. manat, o cümlədən nizamnamə kapitalı 9,594 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 6 filialı, 1 bankomatı və 13 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR