Bank Of Baku

«Royal Bank» nizamnamə kapitalını artırır

«Royal Bank» nizamnamə kapitalını artırır
# 16 noyabr 2009 12:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Royal Bank» Açıq Səhmdar Cəmiyyətinin (ASC) adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 0,20 manat, sayı 4 mln. ədəd, emissiyanın ümumi həcmi isə 800 min manat təşkil edir.

Bakı Fond Birjasının mütəxəssislərinin fikrincə, «Royal Bank»ın artıq bu ilin noyabr ayında səhmlərin yerləşdirilməsinə başlayacağı gözlənilir. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 40,2% artaraq 20,712 mln. manata çatacaq.

Qeyd edək ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Hazırda bankın respublika üzrə 31 filialı, 4 mübadilə məntəqəsi, 29 bankomatı və 97 POS-terminalı fəaliyyət göstərir. Cari ilin oktyabrın 1-nə bankın aktivləri 135,55 mln. manat, depozit portfeli 54,501 mln. manat, kredit portfeli 99,254 mln. manat, məcmu kapitalı 21,698 mln. manat, o cümlədən nizamnamə kapitalı 19,912 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR