Bank Of Baku

«Aqrolizinq» nizamnamə kapitalını 2 dəfə artırır

«Aqrolizinq» nizamnamə kapitalını 2 dəfə artırır
# 16 noyabr 2009 13:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin (ASC) adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2 manat, sayı 7,5 mln. ədəd, emissiyanın ümumi həcmi isə 15 mln. manat təşkil edir.

Bakı Fond Birjasının mütəxəssislərinin fikrincə, «Aqrolizinq»in səhmlərinin yerləşdirilməsinə artıq noyabr ayında başlayacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, ASC-nin nizamnamə kapitalı 99,9% artaraq 30,02 mln. manata çatacaq.

Qeyd edək ki, «Aqrolizinq» ASC 2004-cü ildə yaradılıb. Hazırda şirkətin nizamnamə kapitalı 15,02 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR