Bank Of Baku

«İnvest Kredit» təmin edilmiş istiqrazların yerləşdirilməsinə başlayıb

«İnvest Kredit» təmin edilmiş istiqrazların yerləşdirilməsinə başlayıb
# 17 noyabr 2009 07:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınan «İnvest Kredit» qeyri-bank kredit təşkilatının sənədsiz adlı təmin edilmiş istiqrazlarının yerləşdirilməsinə başlanılıb.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 1 000 manat, sayı 300 ədəd, emissiyanın ümumi həcmi isə 300 min manat təşkil edir. Yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək.

İstiqrazların yerləşdirilməsində adderayter rolunda «Texnika Capital Management» MMC çıxış edir. İstiqrazların tədavül müddəti 730 gün, gəlirlik isə illik 14% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR