Bank Of Baku

«FINCA Azerbaijan» iki yeni regional nümayəndəlik açacaq

«FINCA Azerbaijan» iki yeni regional nümayəndəlik açacaq
# 17 noyabr 2009 07:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «FINCA Azerbaijan» qeyri-bank kredit təşkilatı 2009-cu ilin sonuna kimi daha iki regional nümayəndəlik açmaq niyyətindədir.

Təşkilatın xüsusi layihələr üzrə koordinatoru Zaur Nurməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, İsmayıllı və Ucar rayonlarında açılacaq nümayəndəliklərdə müştərilərə təşkilatın bütün kredit xidmətləri təklif olunacaq.

Z.Nurməmmədovun sözlərinə görə, nümayəndəliklərin açılması ilə bağlı yaxın günlərdə Azərbaycan Mərkəzi Bankına məlumat veriləcək. Qeyd edək ki, hazırda «FINCA Azerbaijan»nın respublika üzrə 24 filialı və 30 nümayəndəliyi mövcuddur.

Xatırladaq ki, «FINCA Azerbaijan» qeyri-bank kredit təşkilatı kreditləri həmrəy kredit qruplarına aylıq 2,5-3%, kənd kredit qruplarına 3,5%, fərdi kreditləri isə 2-3%-lə verir.

Təsisçisi ABŞ-ın «FINCA İnternational» təşkilatı olan «FINCA Azerbaijan» qeyri-bank kredit təşkilatı 1998-ci ildən fəaliyyət göstərir. Cari ilin noyabr ayının 1-nə qurumun nizamnamə kapitalı 5 min dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR