Bank Of Baku

«United Credit Bank» Bakıda ilk şöbəsini açır

«United Credit Bank» Bakıda ilk şöbəsini açır
# 17 noyabr 2009 08:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» Səhmdar Kommersiya Bankı (SKB) yaxın günlərdə Bakıda ilk şöbəsini açacaq.

Bankın İdarə Heyətinin sədr müavini Vahid Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, paytaxtın Nizami küçəsində yerləşən şöbədə müştərilərə bankın təklif etdiyi bütün məhsullar təqdim olunacaq: «Hazırda şöbənin açılması istiqamətində bir sıra işlər aparılır. Həmçinin, Azərbaycan Mərkəzi Bankından icazə alınmalıdır ki, bu məsələnin də yaxın günlərdə həll olunacağı gözlənilir».

Qeyd edək ki, yaxın vaxtlarda bankın İmişli rayonunla filialının da açılması planlaşdırılır.

Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 34,527 mln. manat, depozit portfeli 10,428 mln. manat, kredit portfeli 25,301 mln. manat, məcmu kapitalı 13,033 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 5 filialı, 5 bankomatı və 7 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR