Bank Of Baku

Almaniya hökumətində “Opel”ə kredit ayrılması ilə bağlı fikir ayrılığı yaranıb

Almaniya hökumətində “Opel”ə kredit ayrılması ilə bağlı fikir ayrılığı yaranıb
# 17 noyabr 2009 10:00 (UTC +04:00)
Bakı – APA-Economics. Almaniyanın iqtisadiyyat naziri Rayner Bruderle (Rainer Bruderle) bəyan edib ki, federal hökumət “Opel” şirkətinə maliyyə yardımı ayırmaq niyyətində deyil.
APA-Economics”in məlumatına görə, Azad Demokrat Partiyasını təmsil edən R.Bruderle ölkə mətbuatına müsahibəsində bildirib ki, “Opel” yalnız dörd federal torpağın yerli büdcəsindən maliyyə yardımı almağa ümid edə bilər: “Bu pul “Opel”ə Almaniya zavodlarında iş yerlərinin saxlanması üçün lazım olsa da, federal büdcədən şirkətə yardım edilməyəcək”.
Maraqlıdır ki, Almaniyanın maliyyə naziri, “Xristian Demokratlar/Xristian Sosialistlər” blokunu təmsil edən Volfhanq Şoyble iqtisadiyyat nazirinin bəyanatına etirazını bildirib: “Əgər “Opel”ə kredit lazımdırsa, federal hökumət onu verməlidir”.
“Opel”in zavodlarının yerləşdiyi Şimali Reyn-Vestfaliya, Gessen, Türinqiya və Reynland-Pfalts federal torpaqlarının rəhbərləri də iqtisadiyyat nazirinin əleyhinə çıxıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR