Bank Of Baku

Azərbaycanda bankların maliyyə sektorundan aldığı kreditlərin həcmi verilən kreditləri 8 dəfə üstələyir

Azərbaycanda bankların maliyyə sektorundan aldığı kreditlərin həcmi verilən kreditləri 8 dəfə üstələyir
# 17 noyabr 2009 11:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının passivlərinin strukturunda 2009-cu ilin oktyabrın 1-nə 3 930,42 mln. manat və ya öhdəliklərin 36,5%-i maliyyə sektorundan alınmış kredit və depozitlərin payına düşüb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 807,72 mln. manat və ya 25,9%, cari ilin əvvəlindən isə 665,05 mln. manat və ya 20,4% artıb.

Eyni zamanda, aktivlərin strukturunda maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 511,93 mln. manat (illik azalma – 88,07 mln. manat və ya 14,7%, ilin əvvəlindən artım – 97,11 mln. manat və ya 23,4%), yəni ümumi aktivlərin 4,75%-ni təşkil edib.

Beləliklə, Azərbaycanda bankların maliyyə sektorundan aldığı kredit və depozitlərin həcmi verilmiş həcmdən 7,7 dəfə çoxdur və bu nisbət son vaxtlar stabildir:




Son vaxtlar xarici öhdəlikləri yerinə yetirmək məqsədi ilə özlərində böyük məbləğdə likvidlik toplayan Azərbaycan bankları maliyyə sektorunda kredit və depozitlərin yerləşdirilməsi sahəsində kəskin məhdudiyyət qoymaq məcburiyyətində qalıb. Digər tərəfdən, dünya maliyyə böhranı ilə əlaqədar olaraq xaricdən maliyyələşmənin dayandırılmasından və xarici öhdəliklərin, o cümlədən əsas borcların ödənilməsinin aktivləşməsi səbəbindən maliyyə sektorundan alınmış kreditlərin həcmi və onların öhdəliklərdə xüsusi çəkisinin düşməsi ilə izah olunur. Ümumilikdə isə, Azərbaycanda bankların maliyyə sektoru qarşısında daha çox debitor kimi çıxış etməsi bank sistemində resurs problemlərinin olduğunu göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR