Bank Of Baku

«AtaSığorta» şirkətinə müddətsiz lisenziya verilib

«AtaSığorta» şirkətinə müddətsiz lisenziya verilib
# 17 noyabr 2009 12:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən «AtaSığorta» şirkətinə sığorta fəaliyyətinin həyata keçirilməsi üçün müddətsiz lisenziya verilib. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hazırda «AtaSığorta» şirkəti 21 könüllü və 5 icbari sığorta növü üzrə xidmət göstərir.

Şirkətin təqdim etdiyi əsas sığorta növləri arasında əmlak sığortası, nəqliyyat vasitələrinin sığortası, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari və könüllü sığortası, sürücü və sərnişinlərin bədbəxt hadisələrdən sığortası, üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası, yüklərin sığortası, inşaat sığortası, işəgötürənin məsuliyyətinin sığortası, tibbi sığorta, fərdi qəza sığortası, bank və bank fəaliyyətinin sığortası və s. növlər var.

Qeyd edək ki, 2009-cu ilin yanvar-oktyabr ayları ərzində «AtaSığorta» ASC-nin topladığı sığorta haqlarının həcmi 2,38 mln. manat, sığorta ödənişləri isə 0,58 mln. manat təşkil edib. «AtaSığorta» ASC 2004-cü ilin sentyabr ayından fəaliyyət göstərir. Səhmdarı «AtaHoldinq» ASC olan şirkətin faktiki ödənilmiş nizamnamə kapitalı 2 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR