Bank Of Baku

Rusiya Pensiya Fondundan 1 milyarddan çox pul oğurlanıb

Rusiya Pensiya Fondundan 1 milyarddan çox pul oğurlanıb
# 17 noyabr 2009 14:09 (UTC +04:00)
Bakı – APA-Economics. Rusiyanın Pensiya Fondu (RPF) irimiqyaslı fırıldaqçılıq faktı ilə üzləşib. Nəticədə fonddan 1,25 mlrd. rubl (43,6 mln. dollar) vəsait oğurlanıb.
APA-Economics”in məlumatına görə, bu barədə RPF-nin yaydığı açıqlamada bildirilir. Oğurluq iki saxta ödəniş tapşırığı, fondun saxta möhürü və əməkdaşlarının saxta imzası, həmçinin büdcə klassifikasiyasının düzgün olmayan kodları ilə həyata keçirilib.
Fırıldaqçılıq faktının üzə çıxmasından sonra pulların köçürülməsi üzrə əməliyyat dayandırılıb, alıcıların hesabları isə dondurulub. Bu səbəbdən oğurlanan pulların böyük əksəriyyəti qorunub saxlanılıb. Rusiya Mərkəzi Bankı pulun qalan hissəsinin qaytarılması üçün tədbirlər həyata keçirir.
Oğurluq faktı bu gün səhər Mərkəzi Bankdan RPF-yə 1,25 mlrd. rubl miqdarında ödənişin həyata keçirilməsi haqda çıxarışdan sonra üzə çıxıb. Fond bu haqda tapşırıq vermədiyindən, dərhal araşdırmalara başlayıb. İlkin araşdırma zamanı müəyyən edilib ki, saxta ödəniş tapşırıqları ötən həftənin cümə günü naməlum şəxs tərəfindən ödəniş üçün təqdim edilib.
Saxta ödənişləri təqdim edən şəxs özünü fondun əməkdaşı kimi qələmə verib. RPF-nin vəsaiti vasitəçi şirkətin kiçik regional bankların birindəki hesabına, oradan isə ofşor kompaniyalara yönəldilib.
RPF-dən bəyan ediblər ki, pul oğurluğu köçürülmə zamanı baş verən səhvin nəticəsi deyil. Hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır. İrimiqyaslı oğurluqda ilkin olaraq beynəlxalq cinayətkar qrup təqsirli bilinir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR