Bank Of Baku

«Bank of Azerbaijan» nizamnamə kapitalı artırır

«Bank of Azerbaijan» nizamnamə kapitalı artırır
# 17 noyabr 2009 14:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) «Bank of Azerbaijan» ASC-nin dövlət qeydiyyatına alınmış adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanılıb.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin ümumi sayı 500 min ədəd, bir səhmin nominal qiyməti 20 manat, emissiyanın ümumi həcmi isə 10 mln. manat təşkil edir. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «Respublika Invest» MMC çıxış edir. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 66,6% artaraq 25 mln. manata çatacaq.

Qeyd edək ki, təsisçisi «NEM Holding» və 2 fiziki şəxs olan «Bank of Azerbaijan» 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabrın 1-nə bankın aktivlərinin həcmi 144,531 mln. manat, depozit portfeli 60,219 mln. manat, kredit portfeli 111,204 mln. manat, məcmu kapitalı 19,270 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat təşkil edib. Bankın respublika üzrə 16 filialı, 26 bankomatı və 147 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR