Bank Of Baku

«Turan Bank»ın aktivləri son bir ildə 27% artıb

«Turan Bank»ın aktivləri son bir ildə 27% artıb
# 18 noyabr 2009 07:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turan Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin noyabr ayının 1-nə 103,3 mln. manat təşkil edib ki, bu da ötən ilin noyabrın 1-i ilə müqayisədə 26,7% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 14% artaraq 73,7 mln. manata, depozit portfelinin həcmi isə yanvar oktyabr ayları ərzində 9,2% genişlənərək 32,3 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 12,9% artaraq 20,5 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,3% artaraq 17 mln. manat təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında bankın gəlirləri 15,9% artaraq 13,2 mln. manat, xərcləri isə 10,7 mln. manat olub. Nəticədə, cari ilin yanvar-oktyabr aylarında bankın əldə etdiyi balans mənfəətinin həcmi 4,5% artaraq 2,5 mln. manat təşkil edib.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (20%) və 20 fiziki şəxs olan (80%) «Turan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 11 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR