Bank Of Baku

Azərbaycanda bankların məcmu kapitalının adekvatlıq əmsalı artıb

Azərbaycanda bankların məcmu kapitalının adekvatlıq əmsalı artıb
# 18 noyabr 2009 10:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların məcmu kapitalının adekvatlıq əmsalı 2009-cu ilin oktyabr ayının 1-nə 19,4% təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici son bir ildə 1,7 faiz bəndi artdığı halda, cari ilin əvvəlindən 0,2 faiz bəndi, III rüb ərzində isə 0,1 faiz bəndi azalıb.

Qeyd edək ki, bu göstərici məcmu kapitalın risklərlə çəkili aktivlərin həcminə olan nisbət kimi hesablanır. Adekvatlıq əmsalı nisbi göstərici olduğuna görə, onun dəyişməsi ya aktivlərin, ya da kapitalın dəyişməsi ilə əlaqəli olur. Yəni, adekvatlıq əmsalının azalması ya kapitalın azalması, ya da aktivlərin artması ilə bağlıdır. Bizim halda ilin əvvəlindən bankların məcmu kapitalının həcmi 14,7% artıb, risklərlə çəkili aktivlərin həcmi üzrə isə dəqiq statistika yoxdur. Lakin yekun əmsalın azalmasını nəzərə alaraq, demək olar ki, yanvar-sentyabr ayları ərzində risklərlə çəkili aktivlərin artım tempi 14,7%-dən artıq olub.

Ümumilikdə isə, Azərbaycanda məcmu kapitalın adekvatlıq əmsalı yüksək hesab oluna bilər, bunun da əsas səbəbi son zamanlar bankların aktiv əməliyyatlara ehtiyatla yanaşması, nəticədə, həm aktivlərin ümumi miqdarının iqtisadiyyata nisbətən aşağı olması və təhlükəli və ümidsiz aktivlərin kiçik miqdarda olması ilə bağlıdır.

Qeyd edək ki, 2008-ci il ərzində adekvatlıq əmsalı dəyişkənlik nümayiş etdirib. Belə ki, ilin sonuncu rübündə bu göstərici 1,9 faiz bəndi artıb ki, bunun da əsas səbəbi banklar tərəfindən kapitalın artırılması və kreditləşmənin məhdudlaşdırılması ilə bağlı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR