Bank Of Baku

«Texnika Bank» son bir ildə aktivlərini 9% artırıb

«Texnika Bank» son bir ildə aktivlərini 9% artırıb
# 18 noyabr 2009 10:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Texnika Bank» ASC-nin ötən ilin eyni dövrü ilə müqayisədə aktivlərinin həcmi 9,1% artaraq noyabrın 1-nə 447,6 mln. manat təşkil edib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövrünün sonuna bankın aktivlərin gəlirliyi 2,16%-ə bərabər olub.

Bankın kredit portfelinin həcmi 14% artaraq noyabrın 1-nə 344,6 mln. manat səviyyəsinə çatıb. Cari ilin əvvəli ilə müqayisədə isə bu göstərici üzrə artım 5% olub. Hesabat dövrünün sonuna bankın istehlak kreditləri portfelinin həcmi 46,3 mln. manat təşkil edib.

Noyabrın 1-nə bankın cəlb etdiyi depozitlərin ümumi həcmi 153,1 mln. manat təşkil edib ki, bundan fiziki şəxslərin bankda yerləşdirdikləri depozitlərin ümumi həcmi 102,2 mln. manat, o cümlədən müddətli depozitlərin həcmi 83,3 mln. manat olub. Cari ilin əvvəli ilə müqayisədə əhalinin bankda yerləşdirdiyi müddətli depozitlərin həcmi 5,8% artıb.

Cari ilin 10 ayının yekunu üzrə bankın məcmu kapitalı 57,9 mln. manata bərabər olub ki, bu da ilin əvvəli ilə müqayisədə 12,2% çoxdur. Bankın nizamnamə kapitalının həcmi isə 41,7 mln. manat təşkil edib. Hesabat dövrü ərzində bankın kapitalının gəlirliyi 17,7%-ə bərabərdir.

Bankın ümumi gəlirləri cari ilin oktyabr ayı ərzində 10,4% və ya 5,1 mln. manat artaraq, hesabat dövrünün sonuna 54,5 mln. manat səviyyəsinə çatıb. O cümlədən, faiz gəlirləri 45,1 mln. manat, qeyri-faiz gəlirləri isə 9,4 mln. manat olub. Hesabat dövrünün sonuna bankın xalis mənfəəti 9,7 mln. manat təşkil edib.

Bankın emissiya etdiyi plastik kartların sayı hesabat dövrünün sonuna 43,8 min ədəd olub. Noyabrın 1-nə bankomatların sayı 58, POS-terminalların sayı isə 343 ədədə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR