Bank Of Baku

«Kapital Bank» müştərilərə «SMS Banking» xidmətini təqdim edib

«Kapital Bank» müştərilərə «SMS Banking» xidmətini təqdim edib
# 18 noyabr 2009 10:47 (UTC +04:00)
Bakı. Elnur Hьseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» Səhmdar Kommersiya Bankı (SKB) «SMS Banking» xidmətini istifadəyə verib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata gцrə, xidmətin imkanlarına plastik kart vasitəsilə aparılan hər bir əməliyyat haqqında SMS vasitəsilə məlumatın alınması, o cьmlədən kartın istifadə mьddətinin bitməsi və kart hesabında olan cari balans barədə məlumatın alınması, həmзinin kart hesabından qısa məzmunlu зıxarışın alınması, plastik kartın bloklaşdırılması, mobil operatorun xidmətlərinin цdənilməsi və gьndəlik valyuta məzənnəsi barədə məlumatın alınması daxildir.

Qeyd edək ki, hazırda «SMS Banking» xidmətindən «Azercell» abonentləri istifadə edə bilər. Bankdan bildirib ki, yaxın zamanda bu xidmətdən «Nar Mobile» istifadəзiləri də yararlanacaq.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət gцstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) зıxış edir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 449,217 mln. manat, depozit portfeli 226,189 mln. manat, kredit portfeli 222,225 mln. manat, məcmu kapitalı 77,593 mln. manat, o cьmlədən nizamnamə kapitalı 24 mln. manat təşkil edib. Hazırda bankın respublika ьzrə 91 filialı, 314 bankomatı və 406 POS-terminalı fəaliyyət gцstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR