Bank Of Baku

Azərbaycan əhalisinin nominal gəlirləri yanvar-oktyabr aylarında 7,8% artıb

Azərbaycan əhalisinin nominal gəlirləri yanvar-oktyabr aylarında 7,8% artıb
# 18 noyabr 2009 13:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin gəlirlərinin nominal həcmi 18 073,9 mln. manat təşkil edərək, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,8% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövrdə əhalinin adambaşına düşən gəliri 2 049,1 manat olub, bu da keçən ildəkindən 6,4% çoxdur.

Gəlirlərin 67,6%-i son istehlaka, 10,1%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 22,3%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 16,254 mlrd. manatlıq vəsait qalıb ki, bu da keçən ildəkindən 7,8% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR