Bank Of Baku

Azərbaycanda yanvar-oktyabr aylarında iqtisadi artım 8,3% olub

Azərbaycanda yanvar-oktyabr aylarında iqtisadi artım 8,3% olub
# 18 noyabr 2009 13:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,3% çox və ya faktiki qiymətlərlə 26,6 mlrd. manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ÜDM-in adambaşına düşən həcmi 3 021,1 manat və ya 3 757,6 ABŞ dolları təşkil edərək əvvəlki ilə nisbətən 6,9% artıb.

ÜDM-in 49,9%-i sənayedə, 6,1%-i kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında, 8,2%-i tikintidə, 6,2%-i nəqliyyat və anbar təsərrüfatında, 2%-i poçt və rabitədə, 6,9%-i topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri üzrə xidmətlər, 1,1%-i mehmanxana və restoran xidmətləri, 11,9%-i isə sosial və digər xidmətlər göstərən sahələrdə istehsal olunub.

Hesabat dövründə iqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin ÜDM-də xüsusi çəkisi 2008-ci ilin eyni dövründəkinə nisbətən 10,6% bəndi artaraq 45,1% təşkil edib. Müvafiq olaraq ÜDM-in 47,2%-i neft-qaz sektorunda istehsal olunub, 7,7%-i isə məhsula və idxala xalis vergilərin payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR