Bank Of Baku

Dövlət Statistika Komitəsi: Oktyabrda Azərbaycanda inflyasiya 0,4% olub

Dövlət Statistika Komitəsi: Oktyabrda Azərbaycanda inflyasiya 0,4% olub
# 18 noyabr 2009 14:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri sentyabr ayına nisbətən 0,4%, yanvar-oktyabr aylarında 2008-ci ilin yanvar-oktyabr aylarına nisbətən isə 1,7% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ərzaq məhsullarının qiymətləri göstərilən dövrlərdə müvafiq olaraq 0,2% bahalaşıb və 1% ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri 0,7% və 4%, xidmət tarifləri isə 0,3% və 6,6% bahalaşıb.

Məlumat üçün bildirək ki, Beynəlxalq Valyuta Fondu 2009-cu ildə Azərbaycanda illik inflyasiyanın səviyyəsinin 4%-ə düşəcəyini proqnozlaşdırır. BVF-nin ekspertləri hesab edirlər ki, MDB, Şərqi və Mərkəzi Avropanın 27 ölkəsi arasında Azərbaycan istehlak qiymətlərinin indeksi üzrə 13-cü yeri tutacaq. MDB ölkələrində orta illik inflyasiya bu il 12,6% təşkil edəcək. Bununla belə vurğulanır ki, Rusiyada qiymət artımı nəzərə alınmazsa, bu göstərici 11,9%-ə bərabər olacaq. Bölgədə ən yüksək qiymət artımı məhz Rusiya (12,9%) və Serbiyada (10%) gözlənilir.

Maraqlıdır ki, Valyuta Fondunun ehtimallarına əsasən, yalnız Azərbaycan, Moldova, Gürcüstan və Ermənistanda 2009-cu ildə inflyasiya 5%-dən çox olmayacaq.

Qeyd edək ki, Azərbaycan 27 ölkə sırasında qiymətlərin enməsi üzrə lider dövlət hesab oluna bilər. BVF-nin proqnozlarına görə, 2010-cu ildə Azərbaycanda inflyasiya 7% səviyyəsində gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR