Bank Of Baku

Son bir ildə Azərbaycanda kredit qoyuluşu 18% artıb

Son bir ildə Azərbaycanda kredit qoyuluşu 18% artıb
# 19 noyabr 2009 07:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il oktyabr ayının 1-i vəziyyətinə Azərbaycanın bank-kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə verilmiş kreditlərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,8% və ya 1,2 mlrd. manat artaraq 7 780,8 mln. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, kredit qoyuluşunun 47,6%-i dövlət, 50%-i özəl banklar, 2,3%-i isə qeyri-bank kredit təşkilatları tərəfindən həyata keçirilib. Verilmiş kreditlərin 72,3%-ni uzunmüddətli kreditlər təşkil edib, 4%-nin isə ödənilmə vaxtı keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR