Bank Of Baku

Azərbaycanda xarici mənbələrdən əsas kapitala yatırılan investisiyanın həcmi xeyli azalıb

Azərbaycanda xarici mənbələrdən əsas kapitala yatırılan investisiyanın həcmi xeyli azalıb
# 19 noyabr 2009 10:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində xarici mənbələrdən Azərbaycanın əsas kapitala yönəldilmiş investisiyanın həcmi xeyli azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə xarici mənbələrdən Azərbaycanın əsas kapitala yönəldilmiş investisiyanın həcmi 1 155,9 mln. manat təşkil edərək əvvəlki ilin müvafiq dövründəkindən 38,2% az olub.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən 2009-cu ilin əvvəlindən əsas kapitala yönəldilmiş xarici investisiyanın 1 006,6 mln. manatı (87,1%-i) Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya və Türkiyə investorlarına məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR