Bank Of Baku

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi azalıb

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi azalıb
# 19 noyabr 2009 11:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2009-cu ilin yanvar-oktyabr ayları üzrə 1,42 bənd təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici yanvar-sentyabr ayları ilə müqayisədə 0,01 bənd azalıb.

Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbəti kimi hesablanır. Beləliklə, yanvar-oktyabr ayları üzrə indeks əhalinin gəlirlərinin iki ən əsas xərclər istiqamətini 42% üstələdiyini əks etdirir.

Qeyd edək ki, cari ilin yanvar-avqust ayrlarının yekunlarına görə, alıcılıq qabiliyyəti indeksi 1,54 bənd, yanvar-iyulda 1,48 bənd, yanvar-iyunda 1,46 bənd, yanvar-mayda 1,43 bənd, yanvar-apreldə 1,41 bənd təşkil edib. Beləliklə, son aylarda əhalinin alıcılıq qabiliyyətinin tədricən artması müşahidə olunub, lakin sentyabr və oktyabr aylarında bu tendensiya dəyişib və gəlirlərin xərcləri üstələmə göstəricisi müəyyən dərəcədə azalmağa başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR