Bank Of Baku

«Bank of Baku» 2012-ci ilədək regionlarda daha beş filial açmağı planlaşdırır

«Bank of Baku» 2012-ci ilədək regionlarda daha beş filial açmağı planlaşdırır
# 19 noyabr 2009 11:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» Səhmdar Kommersiya Bankı (SKB) 2011-ci ilin sonunadək regionlarda daha beş filial açmağı planlaşdırır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bununla bağlı plan banklın uzunmüddətli inkişaf strategiyasında nəzərdə tutulub.

Qeyd edək ki, hazırda bankın respublika üzrə 16 filialı, 25 bankomatı və 205 POS-terminalı fəaliyyət göstərir.

Xatırladaq ki, «Bank of Baku» 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 179,299 mln. manat, depozit portfeli 84,291 mln. manat, kredit portfeli 130,194 mln. manat, məcmu kapitalı 33,147 mln. manat, o cümlədən nizamnamə kapitalı 6,8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR