Bank Of Baku

Beynəlxalq Maliyyə Korporasiyası Şamaxıda təqdimat keçirəcək

Beynəlxalq Maliyyə Korporasiyası Şamaxıda təqdimat keçirəcək
# 19 noyabr 2009 12:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il noyabrın 20-də Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) 2008-ci ildə apardığı Kiçik və Orta Müəssisələr üzrə Araşdırmanın nəticələrini müzakirə etmək və Azərbaycanda mövcud olan müvafiq tənzimləyici prosedurlar haqqında sahibkarlara məlumat vermək məqsədilə Şamaxıda təqdimat keçiriləcək.

IFC-nin Bakıdakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, təqdimat IFC, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və BP şirkəti (partnyorlarının adından) ilə birgə 2008-ci ilin avqust ayında İnvestisiya Mühiti üzrə Məsləhət Xidmətləri Layihəsi çərçivəsində keçirilir. Beş illik bu proqram Azərbaycan hökumətinin sahibkarlar üçün biznes mühitinin yaxşılaşdırılması vasitəsilə davamlı və hərtərəfli iqtisadi artımı təmin etmək səylərinə dəstək olacaq.

Bu təşəbbüs layihənin icazələrin və lisenziyaların verilməsi, yoxlamaların həyata keçirilməsi, vergilərin ödənilməsi və digər bu kimi tənzimləyici prosedurlar haqqında sahibkarların məlumatının artırılması məqsədinə qulluq edir. Tədbirdə 40-dan artıq sahibkarın iştirak edəcəyi gözlənilir. Tədbir Azərbaycan Sahibkarlar Konfederasiyası ilə dəstəklənmiş və birgə təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR