Bank Of Baku

«Əmrah Sığorta» nizamnamə kapitalını artırır

«Əmrah Sığorta» nizamnamə kapitalını artırır
# 19 noyabr 2009 13:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Əmrah Sığortai» Açıq Səhmdar Cəmiyyətinin qapalı yerləşdirmə üsulu ilə yerləşdirilən sənədli adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 200 manat, sayı 5 min ədəd, emissiyanın ümumi həcmi isə 1 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Əmrah Sığorta» ASC-nin səhmlərinin yerləşdirilməsinə artıq noyabr ayında başlayacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 2 dəfə artaraq 2 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi 2 fiziki şəxs olan «Əmrah Sığorta» şirkəti Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib. Şirkət hazırda 3 icbari və 14 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR