Bank Of Baku

«AccessBank» ilin əvvəlindən depozit portfelini kəskin artırıb

«AccessBank» ilin əvvəlindən depozit portfelini kəskin artırıb
# 19 noyabr 2009 13:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AccessBank» Səhmdar Kommersiya Bankının (SKB) depozit portfelinin həcmi 2009-cu ilin əvvəli ilə müqayisədə 3 dəfə artaraq noyabr ayında 80 mln. ABŞ dolları həddini keçib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu cür sürətli artım dünya maliyyə böhranı şəraitində bankın öz sabitliyini nümayiş etdirməsi ilə şərtləndirilir.

Bankın baş meneceri Endryu Pospilovskinin sözlərinə görə, hazırda Azərbaycan əhalisi bankda əmanətlərə sahib olmaq, öz gələcəyinin təmin olunması üçün işini ehtiyatlı tutmaq barədə ciddi düşünür.

Qeyd edək ki, «AccessBank» SKB «Fitch» beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycanın özəl bankları arasında ən etibarlı bank təşkilatı (BB+) elan edilib.

Xatırladaq ki, «AccessBank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.

Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 270,313 mln. manat, kredit portfeli 219,395 mln. manat, məcmu kapitalı 56,591 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR