Bank Of Baku

“Forbes” jurnalı qiyməti şişirdilmiş Hollivud aktyorlarının siyahısını tərtib edib

“Forbes” jurnalı qiyməti şişirdilmiş Hollivud aktyorlarının siyahısını tərtib edib
# 19 noyabr 2009 14:25 (UTC +04:00)
Bakı – APA-Economics. Dünya şöhrətli “Forbes” jurnalı qiyməti şişirdilmiş Hollivud aktyorlarının siyahısını tərtib edib.
APA-Economics”in məlumatına görə, siyahıya Uill Ferrell başçılıq edir. Kinostudiyalar ona yatırılan hər 1 dollara görə cəmi 3,29 dollar gəlir əldə edirlər.
U.Ferrellin iştirakı ilə çəkilən son filmlər kinoprokatda uğur qazana bilməyib. 2008-ci ildə ekranlara çıxan “Yarıpeşəkar” filmi cəmi 43 mln. dollar gəlir gətirib. 2009-cu ildə 100 mln. dollarlıq büdcə ilə ekranlara çıxan “İtirilmiş dünya” filmi isə 65 mln. dollar toplamağa nail olub.
Siyahının ikinci pilləsində 3,75 dollarla Evan Makqreqor, üçüncü yerdə isə 4 dollarla Billi Bob Tornton yer alıb.
İlk onluğu isə aşağıdakı aktyorlar tamamlayır:
4. Eddi Merfi - 4,43.
5. Ays Kyub - 4,77.
6. Tom Kruz - 7,18.
7. Dryu Berrimor - 7,43.
8. Leonardo Di Kaprio - 7,52.
9. Samuel L. Cekson - 8,59.
10. Cim Kerri - 8,62.
Müqayisə üçün qeyd edək ki, Hollivud studiyalarının ən gəlirli aktyoru sayılan Şayya LaBef öz qonorarının hər 1 dolları üçün investorlara 160 dollar “qaytarır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR