Bank Of Baku

«Azərnəqliyyatbank» nizamnamə kapitalını artırır

«Azərnəqliyyatbank» nizamnamə kapitalını artırır
# 20 noyabr 2009 07:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərnəqliyyatbank» Səhmdar Kommersiya Bankı (SKB) cari ilin sonuna kimi nizamnamə kapitalının həcmini 10 mln. manat artırmaq niyyətindədir.

Bankın baş ofisindən «APA-Eeconomics»ə verilən məlumata görə, bununla da ilin sonunadək bankın nizamnamə kapitalı 66,52% artırılaraq 25,034 mln. manata çatdırılacaq.

Xatırladaq ki, «Azərnəqliyyatbank» SKB 1989-cu ildə yaradılıb. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur.

Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 49,127 mln. manat, depozit portfeli 30,952 mln. manat, kredit portfeli 17,904 mln. manat, bankın məcmu kapitalı 17,621 mln. manata, o cümlədən nizamnamə kapitalı 15,034 mln. manata çatıb. Hazırda bankın respublika üzrə 8 filialı və 11 bankomatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR