Bank Of Baku

Azərbaycanda RSI indeksi oktyabrda azalıb

Azərbaycanda RSI indeksi oktyabrda azalıb
# 20 noyabr 2009 08:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2009-cu ilin oktyabr ayı üzrə 102,9% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, sentyabr ayında bu indeks 103,4%-ə bərabər olub ki, bu da həmin makroiqtisadi göstəricinin oktyabrda 0,5 faiz bəndi azaldığını göstərir.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni həcminə nisbəti kimi hesablanır. Belə ki, cari ilin oktyabr ayında ümumi pərakəndə dövriyyəsi 1 024,8 mln. manat, sentyabr ayında 995,9 mln. manat, avqustda isə 962,9 mln. manat təşkil edib.

RSI indikatoru əhali tərəfindən mal alışının birbaşa dinamikasını əks etdirir və həmin indeks əsas nisbi makroiqtisadi göstəricilərdən biridir. Makroiqtisadi baxımdan yalnız onun əvvəlki aya nisbətən olan dinamikası deyil, hətta həmin indikatorun 100%-dən az və ya artıq olması da əhəmiyyətli göstəricidir. Belə ki, indeksin 100%-dən aşağı olması hesabat ayı ərzində əhali tərəfindən alınan malların həcmi və ya dəyərinin əvvəlki ayla müqayisədə azalmasını göstərir ki, bu da istehlak bazarında geriləmənin ilk göstəricisidir. Yəni, indeksin əvvəlki aya nisbətən azalması, lakin hələ də 100%-dən yüksək səviyyədə qalması artıq müsbət göstərici kimi qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR