Bank Of Baku

«Texnika Bank»ın əməkdaşları üçün seminar keçirilib

«Texnika Bank»ın əməkdaşları üçün seminar keçirilib
# 20 noyabr 2009 09:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda «Texnika Bank» Səhmdar Kommersiya Bankının (SKB) əməkdaşları üçün Azərbaycan Məhsuldarlıq və Rəqabətə Davamlılıq Mərkəzinin təşkilatçılığı ilə «İnsan resurslarının idarə olunması» mövzusunda seminar keçirilib.

«APA-Economics»in məlumatına görə, seminarda bankın İdarə Heyətinin sədri Samir Hüseynov insan resurslarının idarə olunmasının əhəmiyyəti, həmçinin bu sahədə sistemin ölkə iqtisadiyyatında mühüm rolundan danışıb.

Tədbirdə Almaniyanın «Mercedes-Benz» şirkətinin İnsan resursları Departamentinin keçmiş direktoru Vinfrend Şven (Winfriend Schwehn) bankın işçilərinə «Mercedes-Benz» şirkətində əldə etdiyi təcrübə, həmçinin bu sahədə alman təcrübəsi haqqında danışıb.

Tədbirdə həmçinin Almaniyalı ekspert Henry Zimmerman da iştirak edib.

Qeyd edək ki, Azərbaycan Məhsuldarlıq və Rəqabətə Davamlılıq Mərkəzi Almaniyanın Maktenburq-Vorpomern Texniki Peşə Təhsili İnstitutu ilə «Qafqaz Partnyorluq Layihəsi» üzrə əməkdaşlıq edir. Layihənin məqsədi Azərbaycanda sosial tərəfdaşlar arasında sosial dialoqun inkişaf etdirilməsi, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, üzvlərə göstərilən xidmətlərin və lobbiçilik fəaliyyətinin təkmilləşdirilməsi sahəsində qabaqcıl Avropa təcrübəsinin öyrənilməsi və tətbiq edilməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR