Bank Of Baku

Dünya Bankı bu il Azərbaycana investisiyalarını 2 dəfə artırıb

Dünya Bankı bu il Azərbaycana investisiyalarını 2 dəfə artırıb
# 20 noyabr 2009 09:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Dünya Bankı (DB) tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 60 917,4 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, DB tərəfindən yatırılan investisiyanın həcmi əvvəlki ilin analoji dövrünə nisbətən 2 dəfə artıb. Hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmində DB-nın investisiyalarının xüsusi çəkisi 5,3% təşkil edib.

Qeyd edək ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddət ərzində bank Azərbaycana 2,2 mlrd. ABŞ dolları məbləğindən artıq maliyyə yardımı göstərib. Hazırda DB Azərbaycanda icra olunan «Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsi», «Dəmir yolu və ticarətin dəstəklənməsi», «Korporativ və dövlət sektorlarında mühasibatlıq», «Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması», «Azərbaycan maliyyə sisteminin modernləşməsi», «Milli su təchizatı və kanalizasiya xidmətləri» və bir sıra digər layihələri maliyyələşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR