Bank Of Baku

«DəmirBank» son bir ildə aktivlərini 21% artırıb

«DəmirBank» son bir ildə aktivlərini 21% artırıb
# 20 noyabr 2009 10:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «DəmirBank» Səhmdar Kommersiya Bankının (SKB) aktivləri 2009-cu ilin noyabr ayının 1-nə 256,3 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 43,8 mln. manat və ya 20,6% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bankın kredit portfelinin həcmi isə il ərzində 12,3 mln. manat və ya 7% artaraq 187,8 mln. manata çatıb.

Bankda yerləşdirilmiş müştəri depozitlərinin həcmi noyabrın 1-nə 90,6 mln. manat olub ki, bu da son bir ildə 63,5% və ya 35,2 mln. manatlıq artım deməkdir. O cümlədən, əhalinin əmanətlərinin həcmi 63,6 mln. manata bərabər olub (illik artım - 56,3% və ya 22,9 mln. manat).

Hesabat dövrünə bankın nizamnamə kapitalı 16,4 mln. manat, məcmu kapitalı isə 45,5 mln. manat təşkil edib.

Qeyd edək ki, ölkənin ilk banklarından olan «DəmirBank» SKB (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ilin oktyabr ayında fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR