Bank Of Baku

Azərbaycan Hesablama Palatasının sədri Dünya Bankının proqram menecerini qəbul edib

Azərbaycan Hesablama Palatasının sədri Dünya Bankının proqram menecerini qəbul edib
# 20 noyabr 2009 10:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Hesablama Palatasının sədri Heydər Əsədov Dünya Bankının proqram meneceri Yan Tilin (Jan Tyl) başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə «APA-Economics»ə Hesablama Palatasından məlumat verilib.

Görüş zamanı Dünya Bankının dəstəyi ilə Azərbaycanda həyata keçirilən Korporativ və Dövlət Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində əməkdaşlıq və həmin layihənin ikinci komponenti – «Dövlət Sektorunda Hesabatlılıq» üzrə görüləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Dünya bankının nümayəndə heyətini maraqlandıran məsələlər də müzakirə olunub. Hesablama Palatası ilə əməkdaşlığa böyük önəm verdiklərini qeyd edən qonaqlar əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlarını ifadə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR