Bank Of Baku

Böhran ilində Hindistanda milyarderlərin sayı iki dəfə artıb

Böhran ilində Hindistanda milyarderlərin sayı iki dəfə artıb
# 20 noyabr 2009 11:22 (UTC +04:00)
Bakı – APA-Economics. Son bir ildə Hindistanda milyarderlərin sayı 27-dən 52-yə yüksəlib. “APA-Economics”in məlumatına görə, bu barədə “Forbes India” jurnalı məlumat yayıb.

Bu, qlobal maliyyə böhranından sonra milli iqtisadiyyatın bərpası və fond bazarında intensiv artım hesabına baş verib. Bununla da Hindistanda milyarderlərin sayı 2008-ci il böhranından əvvəlki səviyyəyə çatıb.

Milyarderlər siyahısına əvvəlki kimi ölkənin ən nəhəng şirkətinin – “Reliance”nin rəhbəri Mukeş Ambani (Mukesh Ambani) rəhbərlik edir. Onun varidatının sayı 32 mlrd. dollar həcmində qiymətləndirilir.

İlk üçlüyü polad maqnatı Lakşmi Mittal (30 mlrd. dollar) və Mukeş Ambaninin qardaşı Anil (17,5 mlrd. dollar) tamamlayır.

Maraqlıdır ki, Hindistan milyarderləri Asiyanın nəhəng iqtisadiyyata malik digər ölkəsinin – Çinin milyarderlərindən daha varlıdır. 100 zəngin hindistanlının varidatı 276 mlrd. dollara çatdığı halda, Çinin 100 milyarderi birlikdə 170 mlrd. dollarlıq sərvətə malikdir. Bununla belə, Çinin ümumi daxili məhsulu Hindistanı 3 dəfədən artıq üstələyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR