Bank Of Baku

Asiya İnkişaf Bankının missiyası Azərbaycanda səfərdədir

Asiya İnkişaf Bankının missiyası Azərbaycanda səfərdədir
# 23 noyabr 2009 08:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankının (AİB) özəl sektor üzrə missiyası Azərbaycana gəlib.

AİB-in Bakıdakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, missiyaya bankın özəl sektor əməliyyatları şöbəsinin investisiyalar üzrə baş mütəxəssisi xanım Pamela Breysi (Pamela Bracey) başçılıq edir. Bundan başqa, missiyanın tərkibinə bankın investisiyalar üzrə mütəxəssisi xanım İren Çua (Irene Chua) və məsləhətçi Mario de Villa (Mario De Villa) daxildir: «Noyabrın 25-dək davam edəcək səfər çərçivəsində AİB-in nümayəndələri Azərbaycanın bir sıra özəl banklarında görüşlər keçirəcək, ölkənin özəl sektorunun mövcud vəziyyəti ilə tanış olacaq».

Xatırladaq ki, hazırda AİB Azərbaycan Beynəlxalq Bankı, «Bank Respublika», «Bank of Baku» və digər banklarla əməkdaşlıq edərək, bu qurumlara kredit şəklində maliyyə vəsaiti ayırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR