Bank Of Baku

Azərbaycanda ötən həftə valyuta birja dövriyyəsi artıb

Azərbaycanda ötən həftə valyuta birja dövriyyəsi artıb
# 23 noyabr 2009 09:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda ABŞ dolları üzrə birja valyuta bazarının dövriyyəsi ötən həftə (noyabrın 16-20-də) 18,127 mln. dollar təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,9 dəfə çoxdur. Dolların orta həftəlik birja məzənnəsi isə 0,8029 manata bərabər olub.

«APA-Economics»in məlumatına görə, ötən həftə ərzində birja dövriyyəsinin gündəlik göstəriciləri aşağıdakı kimi olub:




Ötən həftənin yekunlarına görə, dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət əməliyyatlarının nəticəsi üzrə orta göstərici) 0,06% azalaraq 0,8026 manat təşkil edib. Dolların rəsmi məzənnəsi isə 0,01% azalaraq 0,8027 manata bərabər olub:




Göründüyü kimi, valyuta bazarında məzənnələrin sabitliyi və ticarət sessiyaları üzrə dövriyyələrin qeyri-sabitliyi davam edir. Əlavə olaraq son zamanlar birja valyuta dövriyyəsi sıfıra bərabər olan nəticəsiz ticarət sesisyyaların sayı artır.

Ötən həftə ərzində rəsmi məzənnəsi 0,3% azalaraq həftənin son gününə 1,1982 manat təşkil edib:


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR