Bank Of Baku

Azərbaycanda tikinti xərcləri indikatoru kəskin azalıb

Azərbaycanda tikinti xərcləri indikatoru kəskin azalıb
# 23 noyabr 2009 10:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda tikinti xərcləri indikatoru (Construction spending indicator – CSI) 2009-cu ilin oktyabr ayı üzrə 44,4% təşkil edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinin məlumatları əsasında hesablamalarına görə, cari ilin sentyabrında bu indikator 427,4%-ə bərabər olub.

Qeyd edək ki, CSI indikatoru ölkədə hesabat ayı ərzində mənzil tikintisinə yönəldilən investisiyaların əvvəlki ayın göstəricisinə nisbətidir. Mənzil tikintisi prosesi əhalinin gəlirləri və alıcılıq qabiliyyətinin vəziyyəti ilə birbaşa bağlı olduğundan, eyni zamanda həm əhalinin gəlirlərinin səviyyəsini, həm də ümumi iqtisadiyyatın inkişafın səviyyəsini göstərir.

Tikinti xərcləri indikatorunun bu dərəcədə kəskin azalması sentyabr ayında mənzil tikintisinə olan investisiyaların avqustla müqayisədə kəskin artması, oktyabrda isə sentyabrla müqayisədə kəskin azalmasını göstərir.

Nisbi göstəricisi olan CSI indikatoru ilə yanaşı, mənzil tikintisinə yönəldilən investisiyaların mütləq göstəriciləri də göstərilməlidir. Belə ki, mənzil tikintisinə cari ilin oktyabrında 49,2 mln. manat, sentyabr ayında 110,7 mln. manat, avqustda isə 25,9 mln. manat investisiya yönəldilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR