Bank Of Baku

Beynəlxalq Maliyyə Korporasiyası Bakıda «Risklərin idarə edilməsi: Şuranın böhrana cavabı» mövzusunda seminar keçirib

Beynəlxalq Maliyyə Korporasiyası Bakıda «Risklərin idarə edilməsi: Şuranın böhrana cavabı» mövzusunda seminar keçirib
# 23 noyabr 2009 10:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda Dünya Bankının üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (İFC) Azərbaycan Bank Tədris Mərkəzi ilə birdə «Risklərin idarə edilməsi: Şuranın böhrana cavabı» mövzusunda seminar keçirib.

«APA-Economics»in məlumatına görə, bank təşkilatlarının Müşahidə Şurası və İdarə Heyətinin sədrlərinə böhrana cavab tədbirlərini həyata keçirməkdə və böhranın aradan qaldırılmasına nəzarət etməkdə köməklik göstərmək məqsədilə keçirilən interaktiv seminarda Menecmentin İnkişafı üzrə beynəlxalq İnstitutun korporativ idarəetmə üzrə eksperti Kristof Nedopil böhran növləri və mənbələri, onların ilk mərhələdə aşkar edilməsi, böhranın inkişaf edən ölkələrdə mümkün nəticələri, həmçinin böhran zamanı şura üzvlərinin vəzifələri və addımları haqda geniş məlumat verib.

Xatırladaq ki, seminarın keçirilməsində əsas məqsəd Azərbaycan şirkətlərinin Şura üzvlərinə hazırkı iqtisadi böhran şəraitində fəaliyyətlərini effektiv şəkildə təşkil etməkdə köməklik göstərmək və gələcəkdə baş verə biləcək böhranların onların biznes fəaliyyətinə təsirinin qarşısını almaqdır.

Seminarda Azərbaycanın bank və sığorta şirkətlərinin 40-a yaxın Şura üzvü iştirak edib.

Qeyd edək ki, 2005-ci ildən İFC-nin Korporativ İdarəetmə layihəsi əməliyyatların gücləndirilməsi və investisiya cəlb etmək imkanlarının genişləndirilməsində yerli şirkətlərə və banklara yardım edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR