Bank Of Baku

«Parabank» kiçik və orta biznesin kreditləşməsi ilə bağlı faizləri azaldıb

«Parabank» kiçik və orta biznesin kreditləşməsi  ilə bağlı faizləri azaldıb
# 23 noyabr 2009 10:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Parabank» Səhmdar Kommersiya Bankı (SKB) sahibkarlara kömək layihəsi çərçivəsində kiçik və orta biznesin kreditləşməsi ilə bağlı faizləri azaldıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, artıq müştərilər kiçik və orta sahibkarlığın inkişafı üçün 12 aydan 36 aya kimi 100 000 manat həcmində (ABŞ dolları və ya avro) kredit əldə edə bilər. Faiz dərəcəsi isə illik 22%-dən (1,8% aylıq) başlayaraq 30%-ə qədərdir (2,5% aylıq).

Qeyd edək ki, maliyyə institutları ilə daim əməkdaşlığa açıq olan «Parabank» SKB 2003-cü ildən Alman Azərbaycan Fondunun üzvüdür. Bank aqrar sektora girovsuz kreditlər təqdim edən azsaylı banklar sırasındadır.

«Parabank» sərfəli şərtlərlə depozitlərin cəlb edilməsi, istehlak, həmçinin avtokreditlər və biznes kreditlərinin verilməsi, “VISA” plastik kartları, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsi, «Western Union», «Contact», «Migom», «Privat Money», «Bıstraya poçta», «Caspian Money Transfer» kimi beynəlxalq sistemlər vasitəsilə sürətli pulköçürmə və digər xidmətləri təqdim edir.

Təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 74,457 mln. manat, depozit portfeli 46,916 mln. manat, kredit portfeli 47,901 mln. manat, məcmu kapitalı 11,750 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,070 mln. manat təşkil edib.

Bankın respublika üzrə 15 filialı, 10 bankomatı və 129 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR