Bank Of Baku

Bakıda “VTB Bank” ASC-nin ofisinin rəsmi açılış mərasimi keçirilib

Bakıda “VTB Bank” ASC-nin ofisinin rəsmi açılış mərasimi keçirilib
# 23 noyabr 2009 13:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda Rusiyanın “VTB Qrupu”na daxil olan “VTB Bank” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin (ASC) ofisinin rəsmi açılış mərasimi keçirilib.

«APA-Economics»in məlumatına görə, açılış mərasimində Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin, Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, Azərbaycan Mərkəzi Bankı İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev və VTB Bank ASC-nin İdarə Heyətinin sədri Andrey Kostin iştirak ediblər.

Tədbirdə çıxış edən A.Quliyev qeyd edib ki, Rusiya bankının Azərbaycanda filialının açılışı böhran şəraitində Azərbaycan bank sektorunun, bütövlükdə ölkə iqtisadiyyatının yüksək inkişafından xəbər verir.

A.Kostin isə çıxışında Azərbaycanın sənaye və ticarət potensialının çox yüksək olduğunu bildirib: «Azərbaycan bazarına çıxış VTB Qrupuna MDB ölkələrinin inkişaf nöqteyi-nəzərdən daha perspektivli bazarlarını əhatə etmək imkanı verən məntiqi bir addımdır. Azərbaycanın sənaye və ticarət potensialı çox yüksəkdir, bu isə regionu olduqca çox cəlbedici edir».

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən VTB Bank (Azərbaycan) ASC-yə bank lisenziyası 2009-cu il martın 19-da verilib. Bankın səhmdarları sırasında “VTB Bank” ASC-nin payı 51%, «AtaHolding» Şirkətlər Qrupunun payı 48,99%, fiziki şəxslərin payı isə 0,01% təşkil edir. Cari ilin noyabr ayının 1-nə bankın aktivlərinin həcmi 16,06 mln. manat, nizamnamə kapitalı isə 7,815 mln. manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR