Bank Of Baku

Alim Quliyev: “Xarici banklar Azərbaycan bank sektoruna daha çox maraq göstərir”

Alim Quliyev: “Xarici banklar Azərbaycan bank sektoruna daha çox maraq göstərir”
# 23 noyabr 2009 14:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda kommersiya banklarının açılması, eyni zamanda fəaliyyətdə olan bank təşkilatlarının kapitalında xarici bankların iştirak payı məsələsi gündəmdədir.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev bildirib.

A.Quliyevin sözlərinə görə, AMB-yə belə təkliflər davamlı şəkildə daxil olur: «Ölkədə fəaliyyət göstərən bankların kapitalında iştirak payı ilə bağlı bir sıra xarici bankların AMB-yə rəsmi müraciətləri daxil olub. Azərbaycan bank sektoruna maraq göstərən bankların əksəriyyəti MDB ölkələrində fəaliyyət göstərən banklardır. Digər xarici dövlətlərin bankları da Azərbaycanın bank sisteminə maraq göstərir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR