Bank Of Baku

«DəmirBank»ın aktivləri son bir ildə 44% artıb

«DəmirBank»ın aktivləri son bir ildə 44% artıb
# 23 noyabr 2009 14:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «DəmirBank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin noyabr ayının 1-nə 256,3 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrün göstəricisi ilə müqayisədə 43,8 mln. manat çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfelinin həcmi 7,4% artaraq 187,8 mln. manata, müştəri depozitlərinin həcmi 63,5% genişlənərək 90,6 mln. manata, həmçinin əhalinin əmanətləri 56,3% artaraq 63,6 mln. manata çatıb.

Bu dövr ərzində bankın məcmu kapitalı 45,5 mln. manat, o cümlədən nizamnamə kapitalı 16,4 mln. manat təşkil edib.

Xatırladaq ki, 850-yə yaxın səhmdarı olan «Azərdəmiryolbank» SKB-nin nizamnamə kapitalında «25%+1 səhm» payı Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10% Hollandiyanın Maliyyə İnkişaf Şirkətinə (FMO), 10% hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur. Hazırda bankın respublika üzrə 29 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR