Bank Of Baku

Son bir ildə Asiya İnkişaf Bankının Azərbaycanda sərmayələri 3 dəfə artıb

Son bir ildə Asiya İnkişaf Bankının Azərbaycanda sərmayələri 3 dəfə artıb
# 24 noyabr 2009 07:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Asiya İnkişaf Bankı (AİB) tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 27 028,5 min. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, AİB tərəfindən yatırılan investisiyanın həcmi 2008-ci ilin yanvar-oktyabr aylarına nisbətən 3 dəfə artıb. Hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyaların həcmində AİB-in sərmayələrinin xüsusi çəkisi 2,3% təşkil edib.

Qeyd edək ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Bu dövr ərzində AİB Azərbaycanın dövlət və qeyri-dövlət sektorlarına 200 mln. ABŞ dollarına yaxın kredit ayırıb. Hazırda AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində Azərbaycanda Yevlax-Gəncə və Qazax-Gürcüstan sərhədi avtomobil yollarının reabilitasiya və genişləndirilməsi, Dəmir Yolu Ticarəti və Daşımalara Dəstək layihələri, habelə «Şəhər su təchizatı və kanalizasiya Layihəsi», «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi», Gəncə dairəvi avtomobil yolunun tikintisini və digər layihələr maliyyələşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR