Bank Of Baku

AMB-nin xalis xarici aktivləri oktyabrda artıb

AMB-nin xalis xarici aktivləri oktyabrda artıb
# 24 noyabr 2009 08:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) xalis xarici aktivləri 2009-cu ilin noyabrın 1-nə 4 171,9 mln. manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 18,4%, ötən ilin müvafiq dövrünə nisbətən isə 13,4% azdır.

Mərkəzi Bankdan “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda oktyabr ayında bu göstərici 7,3% artıb.

AMB-nin məcmu beynəlxalq ehtiyatların həcmi son bir ildə 9,4%, cari ilin əvvəlindən isə 14,6% azalaraq noyabrın 1-nə 4 422,4 mln. manata bərabər olub. Qeyd edək ki, bu göstərici üzrə də oktyabrda nəzərə çarpan dərəcədə artım müşahidə olunur. Oktyabrda məcmu beynəlxalq ehtiyatların həcmi 6,9% artıb.

Eyni zamanda AMB-nin xarici öhdəliklərin artım tendensiyası müşahidə olunur. Belə ki, həmin göstərici 250 mln. manat təşkil edib ki, bu da ötən ilin noyabrın əvvəli və cari ilin əvvəli ilə müqayisədə 3,9 dəfə çoxdur. Oktyabr ərzində AMB-nin xarici öhdəlikləri 0,6% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR